Nazirliyin regional bölməsi Xankəndiyə köçürülür

İqtisadiyyat Nazirliyinin Yuxarı Qarabağ regional bölməsi Xankəndi şəhərinə köçürüləcək.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, artıq şəhərdə nazirliyə verilmiş inzibati binada təmir işlərinə başlanılıb.

Məlumata görə, “İdeal TM” şirkəti tərəfindən həyata keçiriləcək təmir işlərinə 820 000 manat vəsait sərf olunacaq.

Qeyd edək ki, sözügedən bina 0.1016 ha torpaq sahəsində yerləşir. İnzibati binanın İqtisadiyyat Nazirliyinin Yuxarı Qarabağ regional bölməsinin istifadəsinə verilməsi nəzərdə tutulub.

Xatırladaq ki, İqtisadiyyat Nazirliyinin Yuxarı Qarabağ regional bölməsi hazırda Horadiz şəhərində (Heydər Əliyev prospekti, 7 ünvanında) yerləşir.