Nicat Əlibəyli yenidən sığorta sektorunda fəaliyyətə başlayıb
Sığorta eksperti və jurnalist Nicat Əlibəyli yenidən sığorta sektorunda fəaliyyətə başlayıb.
Bu barədə Nicat Əlibəyli özü məlumat verib.
"Bu gündən etibarən "Profam" Sığorta Agentliyində (insure.az) direktor olaraq yeni hədəflərə doğru ilk iş günümə başladım.Hər zaman vurğuladığım kimi: "Vaxtın düzgün idarə olunması və sistemli iş prinsipi komandanı hər zaman uğura aparar." Biz də bu prinsiplə yola çıxırıq və sığorta sahəsində hər birinizə ən yüksək səviyyədə dəstək verməyə hazırıq", deyə N.Əlibəyli qeyd edib.


