"İçərişəhər" auditor seçir
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi 2024-2025-ci illər üzrə maliyyə hesabatlarının auditi üçün açıq tender elan edib.
"Report" xəbər verir ki, sorğuda iştirak haqqı 250 manatdır.
İddiaçılar təkliflərini noyabrın 14-nə qədər İdarənin yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, Asəf Zeynallı küçəsi, 20/85 ünvanına təqdim edə bilərlər.
Təkliflərə noyabrın 14-də, saat 16:00-da qeyd olunan ünvanda baxılacaq.
