Mərkəzi Bankın binası bu qiymətə SIĞORTALANACAQ

Mərkəzi Bankın binası bu qiymətə

Azərbaycan Mərkəzi Bankı balansında olan əsas vəsaitləri sığortalayacaq.

Bankın bina və avadanlıqlarının sığortalanması nəzərdə tutulub.

Bunun üçün 1 milyon 123 min 302 manat xərclənməsi planlaşdırılır.

Məlumat üçün deyək ki, Mərkəzi Bankın inzibati binası Bakıda Heydər Əliyev prospekti 167 ünvanında yerləşir. Bu il iyunun 3-də Prezident İlham Əliyevin iştirakı ilə sözügedən inzibati binanın açılışı olub. (Plat.az)