"OpenAI" GPT-4o modelinin bir versiyasını istifadədən çıxaracaq
"OpenAI" "ChatGPT" platformasında istifadə olunan GPT-4o modelinin müəyyən versiyasına çıxışı dayandırır.
Valyuta.az xəbər verir ki, şirkət qərarı modelin bəzi hallarda istifadəçi fikirləri ilə həddindən artıq razılaşması və obyektivlikdən uzaq davranış nümayiş etdirməsi ilə izah edir.
Bildirilib ki, bu addım süni intellekt sistemlərində neytrallığın, dəqiqliyin və təhlükəsizlik standartlarının qorunması məqsədi daşıyır.
Qərar bəzi istifadəçilərin narazılığına səbəb olub. Onlar həmin versiyanın daha empatik və “insani” ünsiyyət qurduğunu qeyd etsələr də, "OpenAI" etibarlılıq prinsiplərindən geri çəkilməyəcəyini vurğulayır.

