“PAŞA Bank” Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır!
14–16 oktyabr tarixlərində “Bakı Ekspo Mərkəzində” keçirilən Xəzər İnşaat Həftəsi çərçivəsində “Qarabağın dirçəlişində gənclər: təşəbbüslər və imkanlar” adlı panel müzakirəsində “PAŞA Bank”ın insan resursları üzrə baş direktoru Zibeydə Hacıyeva çıxış edib.
Çıxışı zamanı o, Qarabağda sahibkarlığın və insan kapitalının inkişafının əhəmiyyətini vurğulayaraq bankın bu istiqamətdə həyata keçirdiyi təşəbbüslərdən danışıb.
Tədbirin rəsmi bank tərəfdaşı olaraq “PAŞA Bank” sərgi iştirakçılarına müasir maliyyə həllərini təqdim edib, biznesin inkişafı və yeni əməkdaşlıq imkanları ətrafında görüşlər keçirib.


