Qəzənfər Paşayevə “Əmək veteranı” vəsiqəsi təqdim olunub
Azərbaycanın Əməkdar Elm Xadimi, ədəbiyyatşünası, Filologiya elmləri doktoru və professor Qəzənfər Paşayev təltif olunub.
Belə ki, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli tərəfindən Qəzənfər Paşayevə “Əmək veteranı” vəsiqəsi təqdim olunub.
Qeyd edək ki, Əmək veteranı adı və vəsiqəsi «Müharibə veteranı, silahlı qüvvələr və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı Qərarı ilə təsdiq olunmuş Əsasnaməyə əsasən, yaşa görə pensiya hüququ qazanmış, orden və medallarla təltif olunmuş, uzun illər ictimai əməklə məşğul olan vətəndaşlara verilir.


