Respublika Toxumçularının II Forumu keçirilib - FOTOLAR

Respublika Toxumçularının II Forumu keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin və Azərbaycan Toxumçular Assosiasiyasının birgə təşkilatçılığı ilə Masallı rayonunda  “Respublika Toxumçularının II Forumu” keçirilib.

Azərbaycan Toxumçular Assosiasiyasının sədri Mədinə Əliyevanın moderatorluğu ilə keçirilən forumda qeyd olunub ki, fermerlərin yüksəkkeyfiyyətli toxumla təmin edilməsi, toxum sektorunun inkişaf etdirilməsi kənd təsərrüfatında yüksək məhsuldarlığa nail olmaq üçün vacib amillərdəndir. Gələcək bol məhsulun əsası torpağa səpilən keyfiyyətli, yüksək reproduksiyalı toxumla qoyulur. Buna görə də son illərdə respublikamızda toxumçuluğun elmi əsaslarla inkişaf etdirilməsinə dövlət səviyyəsində xüsusi qayğı göstərilir.

Forumda toxumçuları maraqlandırılan suallar cavablandırılıb, o cümlədən fermerlərin müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün  Kənd Təsərrüfatı Nazirliyinin müvafiq qurumları tərəfindən nəzarətə götürülüb.

Qeyd edək ki, forumda Aqrar Xidmətlər Agentliyi, Aqrar Kredit və İnkişaf Agentliyi, "Azərbaycan Toxumçular Assosiasiyası” eləcə də “Agro Dairy”, Azərsun” və “Region Agro” şirkətlərinin mütəxəssisləri çıxış ediblər.