Aqronomların II Beynəlxalq Forumunda “Prime Cotton” şirkəti də təmsil olunub
19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi və 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi çərçivəsində keçirilən “Dövlət-özəl tərəfdaşlıq çərçivəsində Aqronomların II Beynəlxalq Forumu”nda “Prime Cotton” şirkəti də təmsil olunub.
Forum çərçivəsində keçirilən “Əkinçilik, bitkiçilik və gülçülük: Aqrar sektorda müasir çağırışlar və innovativ yanaşmalar” adlı panel müzakirəsində şirkətin Baş icraçı direktoru Tural Əlizadə spiker qismində çıxış edib.
Çıxışı zamanı pambıqçılıq sektorunun qarşısında duran əsas çağırışlar və kritik fəaliyyət istiqamətləri olaraq dəqiq əkinçilik texnologiyaları, effektiv suvarma sistemləri, müasir idarəetmə modelləri, dəyişən iqlimə uyğun toxumçuluq, fermerlərin təlim və təşviqi, korporasiya modellərinin tətbiqi və digər innovativ yanaşmaların aqrar sektorda dayanıqlı inkişaf və məhsuldarlığın artırılması baxımından əhəmiyyətindən bəhs etmişdir.
Eyni zamanda, forum çərçivəsində “Prime Cotton” şirkətinin Araşdırma və Tədqiqat şöbəsinin rəhbəri Fərid Firidunov pambıqçılığın inkişafına verdiyi töhfələrə görə kənd təsərrüfatı naziri Məcnun Məmmədov tərəfindən mükafatlandırılıb.
Sərgi çərçivəsində şirkət rəhbərliyi yerli və beynəlxalq şirkət nümayəndələri ilə bir sıra B2B görüşlər də keçirərək əməkdaşlıq imkanları və gələcək tərəfdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi də aparıb.


