Sabir Mustafayev ölkə başçısı tərəfindən təltif edildi - SƏRƏNCAM

Sabir Mustafayev ölkə başçısı tərəfindən təltif edildi

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib.

Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Təltif edilənlər arasında "Balland" brendinin yaradıcısı Sabir Mustafayev də var.

Belə ki, Sabir Mustafayev 3-cü "Əmək" ordeni ilə təltif olunub

Qeyd edək ki, 2025-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Balland-Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazası”nın açılışında iştirak edib. 

40 ildən çoxdur arıçılıqla məşğul olan Sabir Mustafayev bu sahəyə dərin bağlılıqla yanaşır. Onlar ənənəni qorumaqla yanaşı, müasir üsulların tətbiqi ilə təsərrüfatı inkişaf etdiriblər. Ailənin gənc üzvlərinin də bu işə maraq göstərməsi təsərrüfatın davamlılığı baxımından mühüm əhəmiyyət daşıyır. Hazırda təsərrüfatda 400-ə yaxın arı ailəsi var və bu təsərrüfat ölkənin nüfuzlu ailə təsərrüfatlarından biri kimi tanınır.