Şagirdlər yeni bacarıqlara yiyələniblər

Şagirdlər yeni bacarıqlara yiyələniblər

Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin qalibi olan “Məktəbli innovativ mühəndislər” layihəsi yekunlaşmaq üzrədir.
 
Layihədə nəzərdə tutulan təlimlər STEAM əsaslıdır. Təlimlərdə mikrobit, arduino mövzulu dərslər, TinkerCad proqramı tədris edilir, şagirdlər dizayn etdiklərini 3D printerdə çap etməyi öyrənirlər.
 
Eləcə də şagirdlər təhsil aldıqları məktəbin həyətində kiçik ərazidə bitki toxumları əkərək ərazini özlərinin dizayn etdikləri suvarma üsulu ilə suvarırlar. Bundan başqa, şagirdlər ideyasını irəli sürdükləri müasir suvarma sistemlərini əkinçilərlə, fermerlərlə görüşlər edərək onlara təkliflər edirlər. 
 
Artıq təlimlər bitib. Şagirdlər bağlanış mərasimində təşkil olunacaq sərgiyə hazırlaşır.
 
Qeyd edək ki, “Məktəbli innovativ mühəndislər” layihəsi 2 oktyabr 2023-cü il tarixindən 2 fevral 2024-cü il tarixinə kimi 4 aylıq müddətə nəzərdə tutulub.