Sığorta ödənişləri 587 milyon manata çatıb - Taleh Kazımov

Sığorta ödənişləri 587 milyon manata çatıb

Azərbaycanda son üç ildə sığorta sektorunun aktivləri 34,2 faiz artıb.

Bu barədə Bakıda keçirilən "Azərbaycan Insurtech Zirvə" tədbirində Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bildirib.

"Azərbaycan sığorta sektorunun balans kapitalı, ümumilikdə, 7,7 faiz artıb. Bundan başqa, son üç ildə ölkədə sığorta haqları 67,8 faiz artaraq 1 milyard 223 milyon manata, sığorta ödənişləri isə 26,3 faiz artaraq 587 milyon manata çatıb. Sektorun ümumi daxili məhsulda payı 1 faizi keçib. Apardığımız qiymətləndirmələr və beynəlxalq müqayisələr göstərir ki, bu göstəricini 2 faizə çatdırmaq mümkündür", - deyə o qeyd edib.