“Socar"ın törəməsi 18 milyonluq tender elan etdi

“Socar"ın törəməsi 18 milyonluq tender elan etdi

“Socar Petroleum” QSC tender elan edib.

Valyuta.az xəbər verir ki, “Socar Petroleum” QSC Naxçıvan Muxtar Respublikasına neft məhsullarının (benzin və dizel) daşınması xidmətinin satınalınması ilə bağlı müsabiqə elan edib.

Tenderin ehtimal olunan qiyməti 18.782.001,00 manat təşkil edir.

Müsabiqə 16 aprel tarixinədək davam edəcək.