"Telegram"da istifadəçi adına görə 25 milyon dollar təklif olunub
"Telegram" messencerində "@crypto" istifadəçi adının sahibinə onun şəbəkə adını 25 milyon dollara almaq təklif olunub".
Oxu.Az lenta.ru-ya istinadən xəbər verir ki, bunu messencerin təsisçisi Pavel Durov deyib.
O bildirib ki, istifadəçi həmin adı iki il yarım əvvəl 350 min dollara alıb.
Durov əlavə edib ki, bu müddət ərzində adın dəyəri 70 dəfə artıb.

