“The Pearl Cullinan”: BƏNZƏRSİZ AD GÜNÜ HƏDİYYƏSİ

“The Pearl Cullinan”: BƏNZƏRSİZ AD GÜNÜ HƏDİYYƏSİ

“Yaxın Şərq regionu uzun müddətdir ki, Rolls-Royce Motor Cars tərəfindən, indiyə qədər həyata keçirilən texniki cəhətdən ən mürəkkəb, yaradıcılıq baxımından iddialı Bespoke modellərinin çoxunun mənbəyi olmuşdur. “The Pearl Cullinan” bu nailiyyətlərin zirvəsində dayanır və markanın yaradıcılığının və sənətkarlığının ən gözəl nümunəsidir.

Bu, həmçinin Dubayda yerləşən ofisimiz vasitəsilə istifadəyə verilən ilk Bespoke layihəsidir. Bu, Rolls-Royce-un Goodwood-dakı evinin təmsili və müştərilərə yerli diler tərəfdaşının tam dəstəyi ilə bizim istedadlı Bespoke dizaynerlərinə birbaşa çıxış imkanı verir. Uzun müddətdir müştərimiz olan şəxsin atasına ad günü hədiyyəsi olan avtomobil, layihəyə xüsusi bir anlam əlavə edir: bu əlamətdar hadisəni qeyd etmək üçün belə möhtəşəm avtomobil yaratmaqdan şərəf duyduq.  'The Pearl Cullinan' təkcə ata və oğul üçün dərin şəxsi məna daşımır, həm də ailənin böyük irsi tarixcəsinə istinad edir. Rolls-Royce Motor Cars-da Bespoke modellər həmişə dərin emosional əlaqələr nəzərə alınmaqla istehsal olunmuşdur və hər bir avtomobilin öz hekayəsi var.” César Habib, Rolls-Royce Motor Cars-ın Yaxın Şərq və Afrika üzrə regional direktoru belə şərh edib.

Rolls-Royce Motor Cars əlamətdar günü qeyd etmək üçün sahibinin ailəsi tərəfindən sifariş edilmiş möhtəşəm, Bespoke modeli “The Pearl Cullinan”-ı məmnuniyyətlə təqdim edir. təqdim etməkdən məmnundur. Bu, həmçinin Yaxın Şərq və Afrika regionunda müştərilərə orijinal Goodwood təcrübəsini çatdırmaq üçün yerli diler ilə işləyən Dubayda yerləşən ofis tərəfindən alınan ilk Bespoke layihəsidir.

“Pearl Cullinan” 2022-ci ilin əvvəlində atasının 90 illik yubileyini qeyd etmək üçün Rolls-Royce-un uzunmüddətli müştərisi tərəfindən safaris edilib. Regional Direktor César Habib və Bespoke üzrə baş dizayner Michelle Lusby müştərinin atasının həyat hekayəsini başa düşmək məqsədi ilə əvvəlcə onunla tanış olmuşdular; bu tanışlıq sifarişin dizayn istiqamətini müəyyən etmək üçün dəyərli məlumatlar qazandırdı.

BESPOKE PEARL ROSE EKSTERYER İŞLƏMƏSİ

Bespoke Pearl Rose işıəməsi sahibinin geniş, dünya səviyyəli kolleksiyasındakı ən qiymətli mirvarisinin rəngindən ilhamlanıb və yalnız bu avtomobil üçün nəzərdə tutulub: və gələcəkdə başqa heç bir müştəri üçün istifadəyə verilməyəcək. Goodwood-dakı Rolls-Royce evinin boya mütəxəssisləri təbii mirvarilərdə nadir hallarda rast gəlinən çəhrayı rəngin incə çalarlarını təkrarlamaq üçün diqqətlə seçilmiş piqmentlərdən istifadə etdilər. Boya müstəsna dərinlik və parıltı vermək üçün həm metal, həm də mirvari effektlərini özündə birləşdirir.
Dizaynı mükəmməlləşdirmək üçün hər biri tam ölçülü gövdə panelinə tətbiq olunan təxminən 30 fərqli işləmə tələb olunub. Bunlar Goodwood-dakı atelyedə gündüz simulyasiya lampaları altında əvvəlcədən yoxlanılıb, sonra Yaxın Şərq günəşi altında baxılan zaman rəngin düzgün olduğuna əmin olmaq üçün müştəriyə göndərilib. Boya həm də bütün ömrü boyu istilik və ya ultrabənövşəyi şüalara məruz qaldıqda dəyişməz qalacağına əmin olmaq üçün geniş texniki sınaqlardan keçmişdir.

Pearl Rose işləməsi çəhrayı qızılla örtülmüş “Spirit of Ecstasy” heykəlciyinə uyğunlaşdırmaq üçün əl ilə çəkilmiş gövdə xətti ilə tamamlanır. Çəhrəyı qızıl mövzusu dörd qapı eşiklərinin hər birində Bespoke qapı eşiklərinə qədər davam edir.

İNTERYER: TƏQDİMAT SƏNƏTİ

“The Pearl Cullinan”-ın interyerində iki fərqli dəri rəngi var. Atanın sərnişin kimi səyahətə üstünlük verdiyi ön oturacaqlar onun sevimli “Cashmere Grey” rəngində tamamlanıb. Ailənin irsinə istinad edərək, arxa oturacaqlar mirvarilərin müştərilərə təqdim olunduğu materialın rəngindən ilham alan, onların incə təbii rəng variasiyalarını ən yaxşı şəkildə vurğulamaq üçün “Ardent Red” rəngdə işlənmişdir. Bənzər bir şəkildə, qoz örtüyü mirvarilərin alış zamanı müştərilərə ənənəvi olaraq təhvil verildiyi taxta təqdimat qutularını əks etdirir.

Bespoke tikmə detalına, başlıqlardakı qızılgül rəngli sapla işıənmiş "RR" monoqramları və istiridyə qabığının simmetrik böyümə nümunələrindən ilhamlanan və şpon ilə eyni dəqiq 55 dərəcə bucaq altında quraşdırılmış Grace White arxa oturacaq əlavələri daxildir.

SƏDƏF
'The Pearl Cullinan', Rolls-Royce avtomobillərində indiyə qədər görülmüş mirvarinin ən geniş istifadələrindən birini təqdim edir. Bu gözəl materialın təbii variasiyaları markanın dizaynerləri üçün bərabər səviyyədə imkanlar və çətinliklər yaratdı.

Bu, xüsusilə ön sərnişin oturacaqlarının arxasına quraşdırılmış piknik masalarının təfərrüatlı dizaynında aydın görünür. Üst səth ənənəvi ərəb dizaynından ilhamlanan mürəkkəb, dairəvi naxışa malikdir və gözü içəriyə, mərkəzi nöqtəyə çəkir. Sonra masanın üstünə 1351 ədəd ayrı-ayrı sədəf parçaları qoyulur, hər biri fərdi olaraq seçilir və əl ilə ətrafdakı qoz ağacından olan örtüklərinin içinə qoyulur və şəffaf lak ilə tamamlanır. Həm sədəfdə, həm də ağacda təbii kölgə və rəng fərqləri hər masanın özünəməxsus sənət əsəri olduğunu bildirir.
Qoz ağacından hazırlanan panel ənənəvi Yaxın Şərq sənətkarlığından ilhamlanmış incə sədəf təcəssümünü özündə birləşdirir. Onun mərkəzində paslanmayan poladdan hazırlanmış ərəbcə “ata” sözü yazılıb. Rolls-Royce üçün bir ilk olaraq, Bespoke panel saatı mirvari işləmə ilə əhatə olunub; siferblat və oxlar çəhrayı qızıldan hazırlanıb. Mərkəzdəki fırlanan siferblat da mirvari ilə tamamlanıb.

Bespoke “Starlight Headliner” səmanın gecə görünüşünü və müştərinin atasının doğulduğu yeri əks etdirir.

Dubay ofisində Bespoke şöbəsinin aparıcı dizayneri Michelle Lusby şərh etdi: “Mənim üçün bu Bespoke layihəsi  böyük emosional əhəmiyyət kəsb eliyir. Mən sifarişi verən ailə ilə vaxt keçirmək imtiyazına sahib oldum ki, bu da mənə dizaynın təfərrüatlarını birbaşa onlarla müzakirə etməyə və onların əsl istəklərini başa düşməyə imkan verdi. Onların dizayında sədəfdən unikal istifadəsi bizim üçün böyük texniki çətinlik idi: Piknik Masalarının mənim rəqəmsal dizaynlarımdan gözəl, detallı başa çatmış sənət əsərlərinə keçdiyini görmək fantastik idi. Bu, bir çox cəhətdən həqiqətən xüsusi bir sifarişdir və Rolls-Royce dizaynerləri olaraq bizim arzuladığımız layihədir. Emosiyalar bizim təsəvvürlərimizi ilhamlandırır”.