Tikinti sektoru ötən il gözləntiləri doğrultmayıb - RƏSMİ
2025-ci ildə Azərbaycanda tikinti sektoru 0,4% kiçilib. Halbuki ilin əvvəlində sektorda 4,8% artım proqnozlaşdırılıb, sonradan bu göstərici 7,9%-ə yüksəldilmişdi.
BusinessTime "Report"a istinadən xəbər verir ki, bu barədə Hesablama Palatasının "2025-ci il dövlət büdcəsinin icrası" haqqında qanun layihəsinə verdiyi rəydə bildirilir.
Sənədə əsasən, ötən il qeyri-neft-qaz sektorunda qeydə alınmış 2,7% artıma əsas töhfə nəqliyyat və ticarət sahələrindən gəlib. Tikinti sektoru isə qeyri-neft-qaz iqtisadiyyatının azalmanın müşahidə edildiyi əsas sahələrdən biri olub.
Palatanın təhlillərinə əsasən, 2022-2025-ci illərdə tikinti sektoru orta hesabla 9,6% artsa da, 2025-ci ildə bu sahədə qeydə alınan geriləmə əvvəlki illərin müsbət dinamikasından fərqlənib.


