AFFA dörd klubu cəzalandırdı

AFFA dörd klubu

AFFA-nın İntizam Komitəsi Misli Premyer Liqasında çıxış edən "Kəpəz", "Səbail", "Sabah" və "Qarabağ" klublarını cərimələyib.

Misli Premyer Liqasında XXXII turun "Kəpəz" - "Zirə" oyununda nominal meydan sahiblərinin azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə yaşandığına görə gəncəlilər 1 000 manat cərimə ediliblər.

"Səbail" - "Araz-Naxçıvan" oyununda meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə aldığı üçün "dənizçilər" 700 manat cərimə olunublar.

"Sabah" - "Qarabağ" oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə "bayquşlar" 800 manat, azarkeşlər tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə Ağdam təmsilçisi 1 500 manat cərimələnib.