“Aİ-92” 5, dizel isə 10 qəpik bahalaşdı

“Aİ-92” 5, dizel isə 10 qəpik bahalaşdı

Yanvarın 1-dən “Aİ-92” markalı benzinin 1 litri 5 qəpik, dizelin 1 litri isə 10 qəpik bahalaşır.

Bu barədə Tarif Şurasının məlumatında bildirilib.

Məlumata görə, “Aİ-92” markalı benzinin və dizelin yeni tarifləri müəyyənləşdirilib:

Qeyd edək ki, “Aİ-92” 1 manat 10 qəpik, dizel isə 1 manat idi. Dəyişiklikdən sonra “Aİ-92” 1 manat 15 qəpik, dizel isə 1 manat 10 qəpik müəyyənləşib.