Almanyanın ən nəhəng və qədim avtomobil yağ istehsalçı brendi Azərbaycanda!

Almanyanın ən nəhəng və qədim avtomobil yağ istehsalçı

SRS Oil rəsmi olaraq Azərbaycan yağ bazarına daxil oldu!

Azərbaycan bazarına daha bir nüfuzlu beynəlxalq brend daxil oldu. Almaniyanın köklü sənaye markası olan SRS Oil məhsulları, artıq rəsmi olaraq "Oil Gallery" MMC tərəfindən ölkəmizə idxal olunur. Bu, yerli avtomobil və sənaye sektorunda keyfiyyət standartlarını daha da yüksəldəcək mühüm hadisədir.

"Oil Gallery" MMC tərəfindən ölkəmizə gətirilən yağ barədə şirkətin rəhbəri Elxan Bayramov bunları qeyd edib: Çox şadam ki, bu cür bir dünya markası bizim vasitəmiz ilə ölkəmizə idxal olunur. Eyni zamanda, brendin Azərbaycana gəlişi münasibətilə ilk olaraq avtomobil sahiblərini, daha sonra yerli şirkət rəhbərlərini, mağaza müdirləri və yağ dəyişmə işi ilə məşğul olan hər bir mütəxəssisi təbrik edirik. Çünki bu marka Almaniyanın ən köklü sənaye ənənələrindən birini daşıyır. 164 illik tarix və təcrübəsi SRS Oil-in etibarlılığını və sənayedəki mövqeyini sübut edir. Daha ətraflı məlumat əldə etmək üçün https://www.srs-oil.com/ saytını ziyarət etməklə nail ola bilərsiniz.

Rəsmi açılış mərasimində belə Almaniyadan gələn şirkətin təmsilçisi Frank Genter də bildirdiyi kimi, onlar avtomobillər üçün 10 000 km rəsmi zəmanət yürüşü verirlər. Bu, məhsulun yüksək keyfiyyətinə və davamlılığına verilən ciddi bir təminatdır. Tədbirdə vurğulandı ki, SRS Oil zavodu təkcə öz brendi üçün deyil, həm də bir sıra məşhur qlobal markalar üçün istehsal mərkəzi kimi çıxış edir. Bu fakt, məhsulun istehsal keyfiyyətinin beynəlxalq səviyyədə tanınmış standartlara cavab verdiyinin bariz göstəricisidir.

Qeyd olunan brendlərə misal olaraq Castrol, BP, Aral və Mobil kimi nəhəng şirkətlərin adları çəkilib. Üstəlik, dünyaca məşhur Mercedes-Benz şirkəti belə öz mühərrik yağını bu zavodda istehsal edir. SRS Oil avtomobil yağlarını, dünya avtomobil nəhəngləri BMW, Ford, Volvo, Renault, Volkswagen Group (Audi, ŠKODA, SEAT, CUPRA, Bentley, Lamborghini, Porsche) bundan əlavə, qrupa motosiklet markası Ducati, həmçinin yük maşınları və avtobuslar istehsal edən MAN və Scania kimi digər brendlər tərəfindən dəstəklənir. 

Elxan Bayramov eyni zamanda bildirib ki, SRS Oil məhsulları təkçə avtomobil sahəsi üzrə deyil. Onlar yüksək keyfiyyətli sənaye avadanlıqları, gəmilər, təyyarələr üçün də yağlar gətirirlər. Nəzərə almaq lazımdır ki, NATO qüvvələrinin bir çox texnikalarını  da elə SRS Oil yağ ilə təmin edir. Bu texnikaları Avropada yağ ilə təmin edəcək tək-tük şirkətlər var. 

Müsahibimiz sonda qeyd edib ki, "Oil Gallery" MMC olaraq biz Azərbaycan bazarına yalnız keyfiyyətli məhsulları təqdim etməyi hədəfləyirlər. İnanırıq ki, SRS Oil tez bir zamanda yerli bazarda öz layiqli yerini tutacaq.