Alpaqut idmançıları Nazirliyin diqqətində
Fevralın 5-də gənclər və idman naziri Fərid Qayıbov ötən ay ərzində qitə və dünya çempionatlarında, nüfuzlu beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil etmiş Azərbaycan idmançıları və onların məşqçiləri ilə görüşüb.
Milli Gimnastika Arenasında təşkil edilən görüş Dövlət Himnimizin səsləndirilməsi ilə başlanıb. Ay ərzində beynəlxalq yarışlarda qazanılmış uğurları əks etdirən videoçarx nümayiş olunub. Ardınca Fərid Qayıbov ölkəmizi beynəlxalq arenalarda uğurla təmsil etdikləri üçün idmançıları təbrik edib və yeni uğurlar arzulayıb.
Görüşdə Alpaqut döyüş sənəti üzrə Türkiyənin Bursa şəhərində keçirilən 4-cü Dünya çempionatının qalibləri və onların məşqçiləri iştirak etdi. İlk əvvəl Alpaqut idmançıları çıxış etdikləri yarışlar, qazandıqları qələbələr barədə məlumat veriblər. Daha sonra isə Yığma komandaların məşqçiləri idmançılarımızın hazırlıq prosesi və uğurları barədə danışıblar. Görüşdə İdman şöbəsinin müdiri Elnur Məmmədov da iştirak edib.
Görüşdə çıxış edən Baş məşqçi Rafiq Qasımov Alpaqut idmanı barədə məlumat verib və beynəlxalq arenada Alpaqutun uğurlarını qeyd edib.