AMB investisiya şirkətlərinin mənfəətliliyinin azalmasına münasibət bildirib
Azərbaycandakı investisiya şirkətlərinin xalis mənfəətinin azalması onların gəlirlərinin sabit qalması, xərclərinin isə artması ilə bağlıdır.
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Tərlan Rəsulov bildirib.
"Xərclərin artması şirkətin infrastruktura, texnologiyaya və təhlükəsizliyə investisiya qoyması, AMB-nin tətbiq etdiyi standartların genişləndirilməsi ilə bağlıdır. Təbii ki, növbəti dövrdə bu xərclər müəyyən qədər sabitləşəcək", - deyə o qeyd edib. (Report)

