AQTİ vakansiya ELAN EDİB!

AQTİ vakansiya

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) regionlarda epidemioloq vəzifəsinə peşəkar kadrları əməkdaşlığa dəvət edir.
 
Bu barədə institutun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
 
Namizəd üçün tələblər:
 
- Ali tibbi təhsil (həkim, epidemiologiya, gigiyena və ya tibbi profilaktika ixtisası üzrə);
 
- Qida mənşəli xəstəliklər və zəhərlənmələr üzrə araşdırma aparmaq bacarığı;
 
- Epidemioloji nəzarət prinsipləri, xəstəliklərin yayılma dinamikası və risk analizi üsulları haqqında biliklər;
 
- Kompüter, statistika və məlumat bazaları ilə işləmə bacarığı.
 
Vəzifə öhdəlikləri:
 
- Yaxın inzibati ərazilərdə qida mənşəli xəstəliklər və kütləvi zəhərlənmə hadisələri üzrə epidemioloji araşdırmalar aparmaq;
 
- Epidemioloji məlumatları toplayaraq, təhlil etmək və hesabatlar hazırlamaq;
 
- Qida zəncirinin müxtəlif mərhələlərində yoluxucu xəstəliklərin yayılma risklərini qiymətləndirmək;
 
- Laborator nəticələrlə epidemioloji məlumatları inteqrasiya və interpretasiya etmək;
 
- Epidemioloji nəzarət və erkən xəbərdarlıq sistemlərinin təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq;
 
- Qida təhlükəsizliyi sahəsində epidemioloji risklərin idarə olunması üzrə təlimat və tövsiyələrin hazırlanmasında iştirak etmək.
 
Həmin tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsində “Epidemioloq” qeyd edərək [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.
 
Son müraciət tarixi martın 18-dir.