“ASAN xidmət” əməkdaşlarına 1.3 milyon manatlıq xidməti geyim alınacaq
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaslara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “ASAN xidmət” mərkəzlərinin əməkdaşları üçün xidməti geyimlərin satınalınması ilə bağlı keçirdiyi tenderə yekun vurub.
Satınalma müsabiqəsinin qalibi “Dress Uniform” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
Qalib şirkətlə bağlanacaq müqavilənin ümumi məbləği 1 297 760 manat təşkil edir.
Müqaviləyə əsasən, qalib tərəf “ASAN xidmət” mərkəzlərinin əməkdaşlarını xidməti geyimlərlə təmin edəcək.
Banker


