ASCO rəhbərliyi Ulu Öndərin xatirəsini ehtiramla anıb

ASCO rəhbərliyi Ulu Öndərin xatirəsini ehtiramla anıb
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) rəhbərliyi və əməkdaşları müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə əlaqədar olaraq Fəxri xiyabanı ziyarət edib.
 
Dənizçilər Ulu Öndər Heydər Əliyevin məzarı önünə gül dəstələri düzüb, onun əziz xatirəsini ehtiramla yad ediblər.
 
Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri qoyulub.
1
1
1
1
1
1