Azərbaycan neftinin qiyməti 80 dolları ötüb
Londonun InterContinental Exchange (ICE) birjasında keçirilən elektron hərracda Azərbaycanın "Azeri Light CIF" markalı neftinin 1 barelinin qiyməti 80,46 ABŞ dolları təşkil edib.
BusinessTime xəbər verir ki, bu əvvəlki günün qapanışı ilə müqayisədə 0,70 ABŞ dolları yaxud 0,88 % irəliləmə deməkdir.
Qeyd edək ki, Azərbaycanın 2023-cü il üçün təsdiqlənmiş dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları müəyyən edilib.
Xatırladaq ki, eyni birjada hərraca çıxarılan “Brent” markalı neftin iyul fyuçersləri üzrə 1 barelin dəyəri 78,35 ABŞ dollarına satılıb.
Yazar