Azərbaycanda 4 qadın prokuror fəaliyyət göstərir

Azərbaycanda 4 qadın prokuror fəaliyyət göstərir

Hazırda Azərbaycanda 4 qadın prokuror fəaliyyət göstərir.

Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Azərbaycan Standartlaşdırma İnstitutu və Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) birgə təşkilatçılığı ilə keçirilən “Standartlaşdırmada gender bərabərliyi” adlı tədbirdə deyib.

O qeyd edib ki, Azərbaycanda polis orqanlarında çoxlu sayda qızları işə götürürlər.

“Oğlanların polis orqanlarına dəvət edilməsi ilə bağlı elan verilmişdi. Daxili İşlər Nazirliyinə müraciət etdik ki, bu standartlar nəyə əsasən qoyulub? Bu o deməkdir ki, qızlar Polis Akademiyasına daxil ola bilməzlər? O elan dəyişildi. Hazırda polis orqanlarında qadınların sayı artır”, - deyə Sədaqət Qəhrəmanova bildirib.