Azərbaycanda ilk dəfə meyit donordan ürək köçürüb

Azərbaycanda ilk dəfə meyit donordan ürək köçürüb

"Hər kəsi könüllü donor olmağa çağırıram".

Oxu.Az xəbər verir ki, bunu ilk dəfə meyit donordan ürək köçürülən pasiyent Rəşad Məmmədəliyev "Qafqazda ilk ürək transplantasiyası: Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər" mövzusunda keçirilən dəyirmi masada deyib.

O bildirib ki, hazırda səhhəti çox yaxşıdır:

"Əməliyyatdan sonra da normal həyatıma davam edirəm. Hər şey yaxşıdır. Ümid edirəm, bütün xəstələr tezliklə şəfa taparlar".