“Meqa Həyat Sığorta”nın yığımları artdı

“Meqa Həyat Sığorta”nın yığımları artdı

2026-cı ilin yanvar- iyun aylarında “Meqa Həyat Sığorta” ASC tərəfindən toplanan sığorta haqlarının həcmi 14 milyon 759 min manat təşkil edib.

Bu barədə BusinessTime Mərkəzi Banka istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 85,5% artım deməkdir.

Belə ki, 2025-ci ilin yanvar- iyun aylarında şirkətin sığorta haqları 7 milyon 957 min manat olub.

Qeyd edək ki, nizamnamə kapitalı 11 milyon manat olan şirkətin qanuni təmsilçisi Emil Ağamalıyev İsbəndiyar oğludur.