Azərbaycanın fındıq ixracı 25%-ə yaxın artdı

Azərbaycanın fındıq ixracı 25%-ə yaxın artdı

Bu ilin birinci yarısında Azərbaycan 95,5 milyon ABŞ dolları dəyərində meşə fındığı ixrac edib.

BusinessTime-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni ayları ilə müqayisədə dəyər baxımından 24,7% çoxdur.

Hesabat dövründə fındıq ixracı Azərbaycanın ümumi ixracının 0,59%-ni təşkil edib.