Azərbaycanın qəhvə və çay idxalına çəkdiyi xərc azaldı

Azərbaycanın qəhvə və çay idxalına çəkdiyi xərc azaldı

Bu ilin birinci yarısında Azərbaycana 173,9 milyon dollar dəyərində qəhvə və çay idxal olunub.

BusinessTime-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, hesabat dövründə ölkənin qəhvə və çay idxalına çəkdiyi xərc illik müqayisədə 6,5% azdır.

Qeyd edək ki, ötən ilin eyni dövründə Azərbaycana 51,3 milyon dollarlıq qəhvə və çay idxal olunub.