“Azericard”a kiber hücum olub, yoxsa texniki xəta baş verib?

“Azericard”a kiber hücum olub, yoxsa texniki xəta baş verib?

“Azericard”da nə baş vermişdi?
Ötən gün 6-7 saat ərzində ölkənin ən böyük prosessinq mərkəzinin işləməməsi xeyli düşündürücüdür”.
BusinessTime xəbər verir ki, bunu "Azərbaycan İnternet Forumu"nun Prezidenti, RİNN yanında İctimai Şuranın üzvü Osman Gündüz özünün “Facebook” səhifəsində qeyd edib.
O.Gündüz hesab edir ki, “Azericard”da baş verənlər təcili araşdırılmalıdır:
“Düşünürəm ki, ilk növbədə Azərbaycan Beynəlxalq Bankı (ABB) öz törəmə şirkətində baş verənləri ciddi araşdırmalıdır.
Görəsən bu nəhəng strateji əhəmiyyət kəsb edən ödəniş sisteminə kiber hücum olub, yoxsa texniki xəta baş verib, yaxud da insan amili rol oynayıb?
Nə üçün sistemi uzun müddət bərpa etmək mümkün olmayıb?
Bərpa prosesində data itkisi olubmu, müştərilərin fərdi məlumatları ələ keçirilibmi?
Quruma İT xidmət göstərən şirkətlər müqavilə öhdəliklərini yerinə yetiriblərmi?
ABB ölkənin ən böyük və peşəkar İT komandasına sahib olan qurumlarından biridir.
Odur ki, ABB-nin əlaqəli qurumlarla, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) ilə birgə özünün törəmə şirkəti olan “Azericard”da ciddi kiber təhlükəsizlik tədbirləri görməsi, İT audit təşkil etməsi, cavabdehləri məsuliyyətə cəlb etməsi də faydalı olardı.
Digər tərəfdən isə, maraqlıdır ki, “Azericard”ın məlumat bazaları görəsən nə üçün “AzİnTelecom” “Data Mərkəzi”nə miqrasiya edilməyib?!
Ümid edirəm ABB baş verənlərlə bağlı ağlabatan bir açıqlama verəcək”.