"Azeronline"a yeni baş müdir təyin edilir

"Azeronline"a yeni baş müdir təyin edilir

Azərbaycanın aparıcı internet provayderlərindən biri olan "Azeronline LTD" BM-ə yeni baş müdir təyin olunur. Bu vəzifə Fərid Akif oğlu Salamova həvalə edilir.

Fərid Salamov telekommunikasiya sahəsində 20 ildən artıq təcrübəyə malikdir. O bu təyinatadək "Aztelekom" MMC-də Kommersiya departamentinin direktoru vəzifəsində çalışaraq, şirkətin kommersiya strategiyasının hazırlanması və icrasına, məhsul portfelinin inkişafına, eləcə də satış və müştəri təcrübəsinin təkmilləşdirilməsinə rəhbərlik edib.

Yeni vəzifəsində Fərid Salamov "Azeronline"ın inkişafının növbəti mərhələsinə rəhbərlik edəcək. Bu çərçivədə əsas diqqət şəbəkə imkanlarını və yüksəkkeyfiyyətli genişzolaqlı internet xidmətlərinin genişləndirilməsinə, müştəri təcrübəsinin daha da yaxşılaşdırılmasına və Azərbaycanın rəqəmsal ekosisteminin inkişafına töhfə verilməsinə yönələcək.

"Azeronline" Azərbaycanın rəqəmsal infrastrukturunun inkişafında mühüm rol oynayır. Şirkət fiber-optik genişzolaqlı internet şəbəkəsinin genişləndirilməsini dəstəkləməklə yanaşı, ölkə üzrə rəqəmsal xidmətlərə çıxış imkanlarının artırılmasına töhfə verir.