“Azərpoçt” MMC-nin kollektivi Ulu Öndərin məzarını ziyarət edib
Müstəqil Azərbaycan dövlətinin qurucusu, siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 22 il ötür.
AZCON Holding şirkətlərindən olan “Azərpoçt” MMC-nin kollektivi Fəxri xiyabanda dahi şəxsiyyət Heydər Əliyevin məzarını ziyarət edib.
Ulu Öndərin xatirəsi ehtiramla yad edilib, abidəsi önünə gül dəstələri qoyulub.

