Bu sığorta növü üzrə ödənişlər kəskin ARTDI

Bu sığorta növü üzrə ödənişlər kəskin

2026-cı ilin yanvar-iyun aylarında yüklərin sığortası üzrə sığorta ödənişlərinin həcmi 426 min manat təşkil edib.

BusinessTime Mərkəzi Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, ötən ilin eyni dövründə yüklərin sığortası üzrə sığorta ödənişləri 37 min manat olub.

Beləliklə, bir il ərzində yüklərin sığortası üzrə ödənişlərin həcmi təxminən 11,5 dəfə artıb.

Qeyd edək ki, yüklərin (nəqliyyat) sığortası sığorta bazarının əmlak sığortası növünə aid edilir.