Bakı metrosunun gəlirləri 23%-ə yaxın artıb

Bakı metrosunun gəlirləri 23%-ə yaxın artıb

Bu ilin yanvar-iyun aylarında "Bakı Metropoliteni" QSC sərnişin daşınmasından 54 milyon 37 min manat gəlir əldə edib.

BusinessTime.az bu barədə Dövlət Statistika Komitəsinin məlumatları əsasında hesablamalar aparıb.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,7% çoxdur.

İlin birinci rübündə Bakı metrosu ilə 111 milyon 394 min sərnişin daşınıb. Bu isə illik müqayisədə 1,6% azdır.