Bakı-Milan aviareysi məcburi eniş etdi

Bakı-Milan aviareysi məcburi eniş etdi

"Azərbaycan Hava Yolları" aviaşirkətinin AHY-035 nömrəli Bakı-Milan reysini həyata keçirən hava gəmisinin kapitanı hava şəraiti (qatı duman) ilə əlaqədar olaraq ehtiyat hava limanına enməyə qərar verib.

AZAL-dan bildirilib ki, "Airbus A320" təyyarəsi yerli vaxtla saat 13:10-da Milan-Linate Beynəlxalq Hava Limanına eniş edib.