Bakıda "Azerbaijan Jewelry Show" sərgisi keçirilir

Bakıda "Azerbaijan Jewelry Show" sərgisi keçirilir

Bakı İdman Sarayında "Azerbaijan Jewelry Show" sərgisi keçirilir.

Tədbirdə Azərbaycan və Türkiyənin zərgərlik sahəsində fəaliyyət göstərən şirkətləri iştirak edirlər.

Sərgi çərçivəsində qiymətli daşlar, qızıl və gümüşdən hazırlanmış zərgərlik məmulatları, külçələr və sikkələr, bijuteriya, zərgərlik məmulatları üçün qablaşdırma məhsulları, eləcə də zərgərlik sənayesi üçün avadanlıq və ləvazimatlar nümayiş etdirilir.

Sərginin ümumi sahəsi 4000 kvadratmetrdir.

Tədbir iyunun 6-dək davam edəcək.