“UDL – Fərdiləşdirilmiş Öyrənmə: Müəllimlərin Peşəkar İnkişaf Proqramı” qrant layihəsi çərçivəsində beynəlxalq təlim proqramına start verilib.
Layihə çərçivəsində müəllimlərin inklüziv və fərdiləşdirilmiş tədris yanaşmaları üzrə bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə xüsusi inkişaf proqramının həyata keçirilməsi nəzərdə tutulur. Bu məqsədlə seçilmiş 3 müəllim Harvard Graduate School of Education tərəfindən təqdim olunan “Universal Design for Learning: Explore” adlı asinxron kursunda iştirak edir. Üç həftə davam edəcək təlim proqramı çərçivəsində iştirakçılar universal öyrənmə dizaynı prinsipləri, müxtəlif öyrənmə ehtiyaclarına malik şagirdlərlə effektiv işləmə üsulları və inklüziv təhsil mühitinin qurulması ilə bağlı beynəlxalq təcrübə ilə tanış olurlar.
Xatırladırıq ki, “UDL – Fərdiləşdirilmiş Öyrənmə: Müəllimlərin Peşəkar İnkişaf Proqramı” qrant layihəsi Abbasova Səkinə tərəfindən Xırdalan şəhər 6 nömrəli tam orta ümumtəhsil məktəbində həyata keçirilir. Layihənin əsas məqsədi müəllimlərin inklüziv və fərdiləşdirilmiş tədris yanaşmaları üzrə peşəkar inkişafını dəstəkləməklə tədrisin keyfiyyətinin artırılmasına töhfə verməkdir.