Bu şəxsə "Azerconnect Group"da yüksək VƏZİFƏ VERİLDİ

Bu şəxsə "Azerconnect Group"da yüksək

"Azerconnect Group"a Satınalma əməliyyatları üzrə direktor təyin edilib.

Bu vəzifə Namiq Fətullayevə həvalə olunub.

Qeyd edək ki, N.Fətullayev 2017-ci ildən "Azerconnect Group"da müxtəlif vəzifələrdə çalışıb. 

O, 2005-2007-ci illərdə "RR Group" tikinti şirkəti, 2007-2010-cu illərdə "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC, 2010-2011-ci illərdə "Qara Qaya" tikinti şirkəti, 2011-2017-ci illərdə isə, "Azerfon" şirkətində işləyib. 

Xatırladaq ki, "Azerconnect Group" müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir. Şirkətin Baş direktoru Emil Məsimovdur.  (Plat.az)