Cahangir Əsgərovun ailəsinə məxsus şirkət bölündü

Cahangir Əsgərovun ailəsinə məxsus şirkət bölündü

“Dr. Zərifə Həmzəyeva adına Gazelli parfüm və kosmetik fabriki” Məhdud Məsuliyyətli Cəmiyyəti “Gazelli Group” Məhdud Məsuliyyətli Cəmiyyətindən ayrılıb.

Bununla bağlı müvafiq qərar qəbul olunub.

Qərara əsasən, bununla əlaqədar olaraq “Gazelli Group” yenidən təşkil olunacaq.

Qeyd edək ki, “Gazelli Group” AZAL-ın keçmiş prezidenti Cahangir Əsgərovun mərhum həyat yoldaşı, genetika və tibbi profilaktika üzrə elmlər doktoru Zərifə Həmzəyeva tərəfindən 1999-cu ildə təsis edilib. (İqtisadiyyat)