Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu

Daha ucuz, daha sürətli, daha güclü:

Çinin "Alibaba" şirkəti mürəkkəb tapşırıqları müstəqil yerinə yetirmək üçün nəzərdə tutulmuş yeni süni intellekt modeli "Qwen 3.5"i təqdim edib.

Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyinə istinadən xəbər verilib.

Şirkət bildirib ki, model məhsuldarlığı əhəmiyyətli dərəcədə artırır və texnologiya xərclərini azaldır. "Alibaba"nın açıqlamasında qeyd olunur ki, "Qwen 3.5" bir sıra əsas göstəricilər üzrə ABŞ-nin aparıcı süni intellekt modellərini geridə qoyur.

Şirkət əlavə edib ki, "Qwen 3.5" əvvəlki versiya ilə müqayisədə 60% daha ucuz başa gəlir və böyük həcmli məlumatların emalı qabiliyyəti səkkiz dəfə artıb.

Model həmçinin "vizual agent imkanları" funksiyasına malikdir. Bu, mobil və masaüstü tətbiqlərdə müstəqil əməliyyatlar yerinə yetirmək bacarığını ifadə edir.