Ekosistem potensialı və “Paxis”in gələcək hədəfləri

Ekosistem potensialı və “Paxis”in gələcək hədəfləri

Ayşə Allahverdiyeva Azərbaycanın startap və innovasiya mühitində böyük istedad potensialı görür. Bu potensialı qlobal miqyasa çıxarmaq üçün erkən mərhələ kapitalı, beynəlxalq mentorluq, süni intellekt yönümlü inkubasiya proqramları və universitet-ekosistem əlaqələrinin gücləndirilməsini vacib sayır.

“Paxis” üçün qarşıdakı 12 ayın əsas hədəfi qapalı beta sınaqlarını keçirmək, tənzimləyici prosedurları tamamlamaq və cavabların dəqiqliyini insan nəzarəti ilə təsdiqləməkdir. Növbəti mərhələdə sistemin əhatə etdiyi xərçəng növlərinin artırılması və iri tibb qurumları ilə tərəfdaşlıqların genişləndirilməsi nəzərdə tutulur.

Onkologiyadan start götürən “Paxis” uzunmüddətli perspektivdə digər tibbi ixtisaslara inteqrasiya olunaraq qlobal miqyasda həkimlə pasiyent arasında etibarlı körpü yaratmağı hədəfləyir.