Elektrik enerji göstəriciləri - HESABAT
2023-cü il üzrə operativ məlumatlara əsasən, ötən il ərzində respublikada elektrik enerjisinin istehsalı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 272,3 mln. kVt•st, yəni 0,9% artaraq 29 276,6 mln. kVt•st olub.
12 ay ərzində elektrik enerjisi istehsalı İES-lərdə 27 160,4 mln. kVt•st, SES-lərdə 1 757,2 mln. kVt•st, digər mənbələr üzrə isə 359,0 mln. kVt•st təşkil edib. Bu dövrdə külək elektrik stansiyalarında 56,6 mln. kVt•st, günəş elektrik stansiyalarında 79,4 mln. kVt•st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 223,0 mln. kVt•st elektrik enerjisi istehsal edilib.
Hesabat dövründə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 26 441,2 mln. kVt•st (İES-lərdə 24 794,2 mln. kVt•st, SES-lərdə 1 647,0 mln. kVt•st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 481,0 mln. kVt•st (İES-lərdə 325,03 mln. kVt•st, SES-lərdə 95,02 mln. kVt•st, Günəş ES-də 60,93 mln. kVt•st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 41,9 mln. kVt•st, müstəqil elektrik stansiyaları üzrə isə 2 312,5 mln. kVt•st təşkil edib.
Ötən il ərzində elektrik enerjisinin ixracı 3 252,5 mln. kVt•st, idxalı isə 211,8 mln. kVt•st olub.
Qeyd edək ki, 2023-cü ilin dekabr ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2 788,7 mln. kVt•st olub. Bu ayda elektrik enerjisinin ixracı 504,3 mln. kVt•st, idxalı isə 11,0 mln. kVt•st təşkil edib.