Əli Əsədov Özbəkistana gedib

Əli Əsədov Özbəkistana gedib

İyunun 16-da Azərbaycanın Baş naziri Əli Əsədov V Daşkənd Beynəlxalq İnvestisiya Forumunda iştirak etmək üçün Özbəkistan Respublikasına işgüzar səfərə gedib.

Bu barədə Nazirlər Kabinetindən (NK) məlumat verilib.

Bildirilib ki, Daşkənd-Humo Beynəlxalq Hava Limanında Ə.Əsədovu Özbəkistan Respublikası Baş nazirinin müavini Açilbay Ramatov və digər rəsmi şəxslər qarşıladılar.