Fondun 2 xidməti "MyGov"a inteqrasiya olunacaq

Fondun 2 xidməti "MyGov"a inteqrasiya olunacaq

2027-ci ildən etibarən Əmanətlərin Sığortalanması Fondunun 2 xidməti "MyGov"a inteqrasiya olunacaq.

Bunu Əmanətlərin Sığortalanması Fondunun İT departamentinin Sistem inzibatçılığı və proqramlaşdırma şöbəsinin müdiri Fərid Şirinov "Milli Mətbuat Günü: Dialoq və Əməkdaşlıq Forumu"nda çıxışı zamanı deyib. 

Onun sözlərinə görə, artıq 2027-ci ildən etibarən Fonda kreditor müraciətləri və vətəndaş müraciətləri "MyGov" üzərindən mümkün olacaq.