"Ford" bir milyondan çox avtomobili geri çağırır
"Ford Motor" şirkəti ABŞ-də arxa görüntü kamerasında yaranan problemləri aradan qaldırmaq üçün təxminən 1.45 milyon avtomobili geri çağırır.
Bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Şirkətin qərarı 2015-2020-ci illərdə istehsal olunmuş "Ford Explorer", "Ford Escape", "Ford Mustang", "Ford Flex", "Ford Fiesta", "Ford C-Max", "Ford Taurus", "Ford Fusion", "Ford Lincoln MKT" və "Lincoln MKZ" modellərinə aiddir.
Geri çağırmanın səbəbi ABŞ-nin Yollarda Hərəkətin Təhlükəsizliyi üzrə Milli İdarənin (NHTSA) müraciəti olub. Qurumdan bildirilib ki, "Ford Motor" istehsalı olan avtomobillərin sahiblərindən arxa görüntü kamerasının düzgün işləməməsi ilə bağlı çoxsaylı şikayətlər daxil olub. (oxu.az)

