Hikmət Hacıyev: Azərbaycan WUF üçün ən uyğun məkanlardan biridir
Azərbaycan Ümumdünya Şəhərsalma Forumu (WUF) üçün ən uyğun məkanlardan biridir.
Bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Qlobal Koalisiyaların Mərkəzində Mənzil" adlı tədbirdə deyib.
Onun sözlərinə görə, forumda müxtəlif ölkələrin rəsmiləri təcrübələrini bölüşür:
"Azərbaycan beynəlxalq təcrübədən öyrənməyə və eyni zamanda öz təcrübə və çağırışlarını dünya ictimaiyyəti ilə bölüşməyə hazırdır. Bu baxımdan, ölkəmiz postmünaqişə bərpa proseslərində nümunəvi modellərdən biri ola biləcəyini də düşünür".


