Hüquq və humanizm yolunda şərəfli xidmət
Uca Allah hər bir insana bir ömür bəxş edir. Bu ömrü Vətəninə sədaqətlə yaşamaq, xalqına xidmətə həsr etmk, insanların qayğı və problemlərinə həssas yanaşmaq, hüquq və azadlıqların müdafiəsində hər bir şəxsi diqqətlə dinləyərək onların ümidini yenidən yaşatmaq hər kəsə nəsib olmur.
Cəmiyyətdə hər bir insanın öz layiqli yerini tutması üçün bütün imkanlarını səfərbər etmək, insanlara yalnız vəzifə borcu ilə deyil, vicdan və mərhəmətlə yanaşmaq isə böyük mənəvi missiyadır.
Məhz bu ali dəyərlər Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili – Ombudsman Sabina xanım Əliyevanın fəaliyyətində öz əksini tapır. Onun insan hüquqlarının qorunması istiqamətində ölkəmizdə və beynəlxalq arenadakı fəaliyyəti, sosial həssas qrupların müdafiəsi, vətəndaş müraciətlərinə diqqətli münasibəti və ədalət prinsiplərinə sadiqliyi cəmiyyət tərəfindən yüksək qiymətləndirilir.
Doğum günü münasibətilə Sabina xanımı səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, ailə səadəti, çətin və məsuliyyətli fəaliyyətində yeni uğurlar arzulayırıq. İnsanlara bəxş etdiyi ümid, diqqət və qayğı daim davamlı olsun!
Ombudsman Aparatının
Mətbuat xidmətinin rəhbəri
Araz Əsgərli


