İcra başçısı yenicə işə götürdüyü köməkçisini vəzifədən azad etdi

İcra başçısı yenicə işə götürdüyü köməkçisini vəzifədən azad etdi

Siyəzən Rayon İcra Hakimiyyətinin (RİH) başçısı özünə yenicə götürdüyü köməkçisini vəzifədən azad edib.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı icra başçısı Novruz Novruzov müvafiq əmr imzalayıb.

Məlumata görə, Balabəy Balabəyov dövlət qulluğunda olmanın yaş həddinə çatması ilə əlaqədar olaraq icra başçısının köməkçisi vəzifəsindən azad olunaraq təqaüdə yola salınıb.

Xatırladaq ki, B.Balabəyov uzun müddət RİH-də çalışıb. O, əvvəllər RİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini (dini qurumlarla işin təşkilatçısı) işləyib. Ötən ay struktur dəyişikliyindən sonra onun vəzifəsi ixtisara düşdüyündən başçının köməkçisi təyin edilib.