İngiltərə Mərkəzi Bankı üç ildən sonra faiz dərəcəsini 4 faizə yüksəldib

İngiltərə Mərkəzi Bankı noyabr iclasında uçot dərəcəsini 3,75 faizdən 4 faizə qaldırıb. Qərarı pul siyasəti komitəsinin bütün üzvləri dəstəkləyib.

İngiltərə Mərkəzi Bankı üç ildən sonra faiz dərəcəsini 4 faizə yüksəldib
Foto: Haber.doviz.com

İngiltərə Mərkəzi Bankı noyabr ayındakı pul siyasəti iclasında uçot dərəcəsini 3,75 faizdən 4 faizə yüksəldib. Bu barədə BusinessTime "Haber.doviz.com"a istinadən xəbər verir.

Bankın qərarı bazarların 25 baza bəndi həcmində faiz artımı gözləntisinə uyğun olub. İclasda iştirak edən doqquz üzvün hamısı dərəcənin artırılmasını dəstəkləyib.

Bu, bankın 2023-cü ilin avqustundan sonra ilk faiz artımıdır. Mənbənin məlumatına görə, qərar neft və təbii qaz qiymətlərinin yüksəlməsinin inflyasiyanı artırdığı bir vaxtda qəbul edilib.

Bundan əvvəl, oktyabr ayında ABŞ Federal Ehtiyat Sistemi və Avropa Mərkəzi Bankı faiz dərəcələrini dəyişməz saxlamağa qərar vermişdi.